Qanunsuz ov edən 21 brakonyer SAXLANILDI - FOTO

Qanunsuz ov edən 21 brakonyer SAXLANILDI - FOTO
Foto
Hadisə 65

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Siyəzən, Xaçmaz, Lənkəran rayonları akvatoriyasında, Kür çayında və Nizami kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov BAKU.WS-ə bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Aleksandr Qolubev, Mahmud Cəfərov, Sumqayıt şəhər sakinləri Azər Əşrəfov, Sərxan Xanməmmədov, Siyəzən rayon sakinləri Elnur Mədətov, Şahlar Allahverdiyev, İntiqam Heydərov, Xaçmaz rayon sakinləri Cavanşir Kərimov, Ayaz Hacıyev, Seyidağa Məmmədov, Nəriman Osmanov, Şabran rayon sakinləri Asif Məmmədov, Aftandil Quliyev, Mirqurban Musayev, Salyan rayon sakinləri Daşqın və Məmməd Abbasovlar, Neftçala rayon sakini Mirpaşa Həşimov, Lənkəran rayon sakini Bəhrus Hüseynov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 2150 metr uzunluğunda sintetik tor götürülüb.

Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Salyan şəhər sakini Emin Nəsirov, Bakı şəhər sakini Qiyamin Xəlilov, Hacıqabul rayon sakini Xəyal Absalamov saxlanılıb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər