Qanunsuz ov edən şəxslər cəzalandırılıb - FOTO

Qanunsuz ov edən şəxslər cəzalandırılıb - FOTO
Foto
Hadisə 110

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri və Astara rayonu akvatoriyasında, Kür çayında və Aşıqbayramlı su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov BAKU.WS-ə bildirib ki, araşdırma zamanı brakonyerlərin Salyan rayon sakini Azər Məmmədov, Astara şəhər sakini Rəfail Ağayev, Neftçala rayon sakini Aləddin Vəliyev və İsmayıllı şəhər sakini Rahim Rəhimli olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

B.Məhəmmədov onu da qeyd edib ki, eyni zamanda, Şabran rayonu Kyünçal kəndi ərazisində ov qaydalarını pozduğuna görə rayon sakini Elgün Salamov saxlanılıb.

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Oxşar xəbərlər

Son xəbərlər