Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Hadisə 2

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Neftçala və Astara rayonları akvatoriyasında balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov BAKU.WS-ə bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakinləri Bayram Bağırov, Rəhman Sarıyev, Ağakişi Süleymanov, Valeh Mazanov və Astara şəhər sakini Pərviz Axundov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

O qeyd edib ki, faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb:

"Keçirilən nəzarət tədbirləri zamanı Salyan rayonu ərazisində ov qaydalarını pozduğuna görə Hacıqabul rayon sakini Ceyhun Mahmudov saxlanılaraq cərimələnib".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının 24-30 yanvarda keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyas...

10 Hadisə 10:18 02 fevral 2022

Son xəbərlər