Qadına "dovşan" deyən polis orqandan xaric edilib - VİDEO
Bakının Yasamal rayonunda vətəndaşı təhqir edən polis orqandan xaric edilib.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirilib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib:
“Qadına və onun həyat yoldaşının ünvanına qarşı yersiz ifadə işlədən polis əməkdaşı Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib”.
Xatırladaq ki, DİN mətbuat xidmətinin bundan əvvəl yayılmış açıqlamasında DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edildiyi bildirilmişdi.
Qeyd edək ki, sözügedən polis əməkdaşı həmin binanın sakini olan qadına "Sən də, ərin də dovşansınız" deyərək təhqir edib.
Oxşar xəbərlər
Qadına "dovşan" deyən polis işdən çıxarılıb – Vətəndaşdan üzr istənilib - VİDEO
İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çə...