Yola çıxan qadınla bağlı polisdən AÇIQLAMA - Psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır

Yola çıxan qadınla bağlı polisdən AÇIQLAMA - Psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır
Video
Hadisə 956

Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

BAKU.WS xəbər verir ki, araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.

Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

***11:06

Azadlıq metrosu yaxınlığında qeyri-adi hadisə baş verib.

BAKU.WS xəbər verir ki, bir qadının hərəkətdə olan avtomobilin üzərinə uzanaraq yol hərəkətinə mane olduğu bildirilib.

Hadisə ətrafdakıların diqqətinə səbəb olub və ərazidə nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər