Qadın "Fəvvarələr parkı"nda sevgilisi tərəfindən döyüldü - FOTO

Qadın Fəvvarələr parkında sevgilisi tərəfindən döyüldü - FOTO
Hadisə 743

Xaçmazda döyülmə hadisəsi baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhərində yerləşən "Fəvvarələr parkı"nda qeydə alınıb.

Belə ki, Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilova Esmira Xanlar qızı qeyri-rəsmi nikahda yaşadığı Qafur adlı şəxslə parkda mübahisə edib. Nəticədə E.Xəlilova həmin şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.

Daha sonra qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı cızılmış yarası, bazu nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

Xəstəxanada E.Xəlilova ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Qadın

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər