Qaçqınlar yolu bağladı, Hacıbala Abutalıbov hadisə yerinə gəldi (VİDEO)
Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayan məcburi köçkünlər yolu bağlayaraq etiraz aksiyası keçiriblər.
BAKU.WS xəbər verir ki, buna səbəb köçkünlərin 90-cı illərin əvvəllərində məskunlaşdıqları yarımtikili binadan çıxarılmaları olub. Belə ki, bir neçə vətəndaş 5 köçkün ailəsini məhkəməyə verərək evlərin onlara məxusus olduqlarını bildirib. Məcburi köçkünlər isə yeni mənzillə təmin olunmadan yerləşdikləri mənzildən çıxmaq istəmirlər.
Suraxanı rayon məhkəməsi köçkünlərin əşyaları ilə birlikdə evdən çıxarılmasına qərar verib. Məcburi köçkünlərin özündən çıxaran isə məhkəmənin qərarına əsasən şikayətçi Mikayıl əhmədovun həbs edilməsi olub.
Daha sonra əraziyə Bakı şəhər meri hacıbala Abutalıbov gəlib. O məcburi köçüknlərə problemin tez bir zamanda aradan qaldırılacağına söz verib. Bildirib ki, onlar yeni evlərlə təmin ediləcəklər.
VİDEO: Meydan TV
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Bu ünvanlarda məcburi köçkünlər üçün binaların tikintisinə başlandı
Bakı və digər şəhərlərdə qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlərin köçürülməsi üçün Masazır və Ramana qəsəbələrində dörd binanın tikintisinə...