Avropalı deputatlar Azərbaycanda məcburi köçkünlərlə görüşüblər
Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) deputatlarından ibarət nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov və Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov diqqətə çatdırıblar ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb, tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
G. Fərhadov deyib ki, daha ağır şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə respublikanın müxtəlif ərazilərində 95 müasir tipli qəsəbə salınıb.
Sonra AŞPA deputatları məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində, 280 yerlik uşaq bağçasında yaradılan hərtərəfli şəraitlə tanış olub, məktəbin həyətində pedaqoji kollektivin üzvləri ilə görüşərək fikir mübadiləsi aparıblar.
AŞPA deputatları Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıtmalarının zəruri olduğunu bildiriblər.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 35 min məcburi köçkün qəzalı evlərdə yaşayır - RƏSMİ
"Hazırda respublika üzrə 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var”. BAKU.WS APA-ya istinadən xəbər verir ki...