Putindən "qiyamətə hazırlıq" əmri

Putindən qiyamətə hazırlıq əmri
Hadisə 2412

 

Rusiya prezidenti Vladimir Putinlə bağlı şok iddia ortaya atılıb.

BAKU.WS-in məlumatına görə, İngiltərənin "Daily Mirror" qəzeti Putinin nüvə silahı ilə təchiz olunmuş bir hərbi təyyarənin hazırlanması üçün təlimat verdiyini yazıb. 

Rusiyanın hərbi bazasında olan "Ilyushin Il-80" modelinin modifikasiya edilmiş versiyası olan yeni təyyarə radar sistemlərinə düşməyəcək şəkildə hazırlanacaq. Təyyarə Rusiyanın yerdəki əmr mərkəzinin təhdid altında olması zamanı belə idarə oluna biləcək şəkildə dizayn ediləcək.

Nüvə başlıqlı raketləri ilə də təchiz olunacaq təyyarənin döyüş vəziyyətində bütün yüksəkvəzifəli hərbçiləri daşıya biləcək xüsusiyyətə sahib olacağı hədəflənir.

 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər