"Pulum olsa "Yoxlama" verlişini məhkəməyə verəcəyəm"

Pulum olsa Yoxlama verlişini məhkəməyə verəcəyəm
Hadisə 4990

"Azər İsmayılova ölüm arzulamıram, ona elə xəstəlik arzu edirəm ki, dərmanı tapılmasın”.  BAKU.WS-in məlumatına görə, bunu İstiPress-ə 171 saylı orta məktəbin dünyasını dəyişən direktoru Telman Qardaşovun xanımı deyib. 

"ATV-in "Yoxlama” verilişi 3 ailəni başsız qoydu. Mən indi neynəyim? Məhkəməyə verməyə imkanım yoxdu. Əgər onu məhkəməyə versəm kreditlərimi, Telmanın 40-nı kim verəcək? Mən onlar kimi arxalı adam deyiləm ki, onları məhkəməyə verim. Telman Qardaşov həyatını təhsilə vermiş adam idi. Azərbaycan təhsili itirdi" deyə əsəbdən insult keçirdərək dünyasını dəyişmiş Telman Qardaşovun xanımı deyib.  

Qeyd edək ki, yanvarın 11-də ATV telekanalında yayımlanan "Yoxlama” verilişinin məktəbdə yoxlama aparıb və veriliş qalmaqalla yekunlaşıb. Başda mərhumun oğlu Turqay Qardaşov olmaqla bir çoxları direktorun ölümündə məhz "Yoxlama" verilişini günahkar bildilər. Qəfildən təzyiqi qalxaraq insult keçirməsinə səbəb olan direktorun çəkilişdən sonra bu hala düşdüyü söylənildi. Lakin qarşı tərəf - verilişin aparıcısı Azər İsmayılov özünü günahkar saymadığını, saytların hər şeyi şişirtdiyini söylədi.

BAKU.WS

Son xəbərlər