Məktəb direktorunun ölümündə adı hallanan aparıcı Azər danışdı (VİDEO)

Məktəb direktorunun ölümündə adı hallanan aparıcı Azər danışdı (VİDEO)
Video
Hadisə 6724

171 saylı orta məktəbin direktorunun ölümünə səbəb olmaqda günahlandırılan ATV telekanalının "Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov məsələ ilə bağlı İstiPress-ə açıqlama verib. 

Verilişin aparıcısı direktorun ölümündə özünü günahkar hesab etmir:

"Onun ölümünün mənə nə aiddiyyəti var? Məni belə məsələlərə görə niyə narahat edirsiniz? Mənim heç nədən xəbərim yoxdur. Mən başqa işdəyəm. Mənim adım bu işdə niyə hallanır? Bu saytlar bizdən nə istəyir? Biz nə etmişik axı? Olmaz axı belə? Mənasız işlər üçün saytlar niyə "qaşınır”? Yorulmadılar? İnformasiya yoxdur? Mən gündə yüzlərlə yerə gedirəm. Çox yerdə çəkilişlər etmişik. Kimə nə olsa, belə çıxır, mən günahkar olacağam?”.

Qeyd edək ki, məhrum direktorun oğlu Turqay Qardaşov açıqlamasında atasının vəfatına ATV telekanalında yayımlanan "Yoxlama” verilişinin səbəb olduğunu bildirib. 

BAKU.WS

Son xəbərlər