Porno videolar çəkib yayan şəxs Bakıda yaxalandı
29
avq
2019
12:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinin əməkdaşlarının keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində paytaxtda qadına ağır xəsarət yetirən şəxs saxlanılıb.BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.Cinayət avqustun 28-də, saat 14:10 radələrində, Mir Cəlal küçəsində, 56 nömrəli binanın qarşısında törədilib. Belə ki, 1980-cı il təvəllüdlü Məmmədova Günay Azad qızına qarın nahiyəsindən deşici bıçaq xəsarəti yetirilib. Zərərçəkən şəxs Respublika Klinik Xəstəxanasına yerləşdirilib.Fakt üzrə Lənkəran rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Cavanşir Quli oğlu saxlanılıb.Araşdırmalar nəticəsində məlum olub ki, o, RF Cinayət məcəlləsinin 242-ci maddəsinə (Pornoqrafik materialların qanunsuz istehsal və dövriyyəsi, onların yayılması) müvafiq olaraq məhkum edilib. Hazırda cinayətin motivləri araşdırılır. Sağlamlığa ağır xəsarət yetirilməsi faktı üzrə AR Cinayət Məcəlləsinin 126-cı maddəsinə müvafiq olaraq cinayət işi açılıb.
Oxşar xəbərlər
Bakıda qadınlara qənim kəsilən gənc peyda olub
Paytaxtın Nəsimi rayonu ərazisində 42 yaşlı qadın bıçaqlanıb.BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Bakının Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib....