Polis zabiti avtomobil qəzasında vəfat edib
Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.
Cavid İsmayılzadə Yevlax rayonundan yasdan qayıdırarkən qəza baş verib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir. O, əvvəllər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Bu ilin aprel ayında daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi polis mayoru Cavid İsmayılov tutduğu vəzifədən azad edilərək Nərimanov RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
Oxşar xəbərlər
Şantajla pul tələb etməkdə təqsirləndirilən qadına hökm oxundu
Hacıqabulda tanışını şantaja məruz qoyaraq pul tələb etməkdə təqsirləndirilən Bikə Vəliyevanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. BA...