Polis yanan avtomobili söndürdü - VİDEO

Polis yanan avtomobili söndürdü - VİDEO
Video
Hadisə 710
Oktyabrın 16-da səhər saatlarında Daşkəsən rayon ərazisində E.Zeynalovun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobilin mühərrik hissəsində anidən yanğın hadisəsi baş verib. Sürücü dərhal hərəkəti dayandırıb.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yerində xidmət aparan Daşkəsən rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğın söndürmə balonundan istifadə edərək yanğının qarşısını alıblar.
Polis yanan avtomobili söndürdü - VİDEO
Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub.Hadisə nəticəsində xəsarət alan olmayıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər