Polis maşını yoldan çıxaraq aşıb - Yaralanan var - VİDEO

Polis maşını yoldan çıxaraq aşıb - Yaralanan var - VİDEO
Video
Hadisə 5463
Bu gün axşam saat 18:00 radələrində Qobustan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, Mərəzə qəsəbəsi yaxınlığında Dövlət Yol Polisinə məxsus BMW markalı avtomobil yoldan çıxaraq aşıb. Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumatı təsdiq edib. O, BAKU.WS-in əməkdaşı ilə söhbətində bildirib ki, hadisə Bakı-Şamaxı yolunun 72-ci kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, DYP-yə məxsus avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində bir nəfər polis əməkdaşı xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. ZÜLFÜQARBAKU.WS

Oxşar xəbərlər

Ağsuda SOCAR-a məxsus yük maşını kanala aşıb, ölən var - YENİLƏNİB

Ağsuda SOCAR-a məxsus yük maşını kanala aşıb, ölən var - YENİLƏNİB

Ağsuda yük maşını aşıb.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndi ərazisində qeydə alınıb. “Shacman” markalı yük avtomobili yold...

2429 Hadisə 20:47 14 mart 2019

Son xəbərlər