Polis ifadə alıb buraxdığı adamı axtarışa verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər Baş Polis İdarəsi oyun aparatlarını icarəyə götürərək qaytarmamaqla dələduzluq edən şəxsin tapılmaması barədə iddialara münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, Bakı BPİ-nin mətbuat xidmətindən “qafqazinfo”ya bildirib ki, Röyal Seyfullayev elan saytlarının biri vasitəsilə Vüsalə Abdullayevaya məxsus 1150 manat dəyərində “Playstation 4 Pro” markalı oyun aparatını 50 manat ödəniş etməklə bir günlük icarəyə götürüb:
“Sonra həmin oyun konsolunu Məmmədov Mehdi İlqar oğluna 500 manata satmaqla dələduzluq edib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.1-i maddəsi ilə cinayət işi başlanılıb.
Zərərçəkmiş və şahid ifadələri alınıb, digər zəruri istintaq hərəkətləri yerinə yetirilərək 1 sentyabr 2020-ci il tarixdə R. Seyfullayev barəsində axtarış elan edilib. Həmçinin cinayət yolu ilə əldə edilmiş oyun aparatını alan Mehdi Məmmədovun əməlinə R.Seyfullayevin tutulub istintaqa təqdim edilməsindən sonra hüquqi qiymət veriləcək”.
Xatırladaq ki, şikayətçi Vüsalə Abdullayeva “Qafqazinfo”ya müraciətində bildirmişdi ki, məsələ ilə bağlı ərizəsinə polis əməkdaşları tərəfindən laqeyd yanaşılıb və zərərçəkmiş şəxslər Röyal Seyfullayevi tutub polisə təhvil versələr də, onlar şübhəli şəxsi sərbəst buraxıblar.
Oxşar xəbərlər
AQTA daha 97 obyektdə nöqsan aşkarladı - SİYAHI
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respu...