Polis Gəncədə kafeyə qumbara atan şəxsi Bakıda zərərsizləşdirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə kafeyə qumbara atan şəxs Bakıda zərərsizləşdirilib.
Bu barədə BAKU.WS-ə DİN-dən bildirilib.
Xəbər verildiyi kimi, ötən gün naməlum şəxs Gəncə şəhəri ərazisindəki kafelərdən birinə qumbara ataraq bir neçə nəfərin xəsarət alması və kafeyə ciddi maddi ziyan dəyməsi ilə nəticələnən cinayət hadisəsi törədib.
Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin, törətdiyi müxtəlif cinayətlərə görə əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Elmir Nağıyev olması və onun Bakı şəhərindəki mənzillərdən birində gizləndiyi müəyyən olunub.
E.Nağıyev saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib. Bundan sonra polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Elmir Nağıyev zərərsizləşdirilib.
Hadisə yerindən 1 ədəd əl qumbarası və və tapança götürülüb.
Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda biznesmeni maşınında GÜLLƏLƏDİ: Rəşad Dağlının dostunun CİNAYƏT İŞİ
Kliniki Tibbi Mərkəzdən 28-ci Polis Bölməsinə məlumat verilib ki, güllə yarası alanların ikisinin də həyatları xilas edilib. Faktla bağlı Yasamal rayon prokuror...