Polis gecə çay evində əməliyyat keçirdi - SAXLANILANLAR VAR

Qubada gecə saatlarında fəaliyyət göstərən çay evi aşkar edilib.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən çay evi aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elşad İbrahimov və orada olan 13 müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Burada onlarla profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.
Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
Oxşar xəbərlər
Azərbaycanda restoran sahibi həbs edildi
Polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində karantin rejimi qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib. Bu barədə Daxili...