Polis dənizdə köməksiz vəziyyətdə qalan 2 balıqçını xilas etdi – VİDEO
Xəzər dənizində həyati təhlükə ilə üzləşən 2 nəfər Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, noyabrın 29-da saat 21:25 radələrində Bakı şəhər sakinləri Əmiraslan Hüseynov və Hikmət Səmədov Novxanı qəsəbəsində qayıqla dənizdə balıq ovuna çıxıblar.
Sahildən təxminən 5 kilometr aralıda qayığın mühərriki xarab olduğuna görə onlar həyati təhlükə ilə üz-üzə qalıblar.
Dənizdə köməksiz vəziyyətdə qalmış balıqçılardan daxil olmuş məlumatla əlaqədar dərhal DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Havanın çox küləkli, soyuq, dənizin isə dalğalı olmasına baxmayaraq, Ə.Hüseynov və H.Səmədov polis əməkdaşları tərəfindən xilas ediliblər.
BAKU.WSOxşar xəbərlər
Hövsan yaxınlığında dənizdə köməksiz qalan şəxlərin xilas edilib
Hövsan yaxınlığında dənizdə köməksiz qalan şəxlərin xilas edilib.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Sura...