Bakıda cinayət – kişi əmisi arvadını yumruqla vurub öldürdü
18
iyl
2018
12:27
İyulun 17-də saat 8 radələrində Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın meyitinin yaşadığı S.Bağırov küçəsi ev 14-də tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.DİN Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, araşdırmalarla həmin gün saat 6 radələrində M.Qəhrəmanova ilə birgə yaşayan qohumu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verdiyi və sonuncunun onun baş nahiyəsinə yumruqla vuraraq qətlə yetirməsi müəyyən edilib.Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.Görülmüş tədbirlərlə R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.Qeyd edək ki, Mariya Qəhrəmanova Rəsul Hüseynovun əmisi arvadıdır.BAKU.WS
Oxşar xəbərlər
İtkin düşmüş şəxsin meyiti çaydan tapıldı – Onun üzərində zorakılıq əlamətləri olub
İyulun 6-da Gədəbəy rayonunda qətl hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə açıqlamasında bildirib ki, C...