Azərbaycanda törədilən dəhşətli qətlin üstü açıldı
14
noy
2017
12:33
Noyabrın 13-də səhər tezdən Şamaxı Rayon Polis Şöbəsinə gələn yeniyetmə anasının itkin düşməsi barədə məlumat verib. Araşdırmalarla müəyyən edilib ki, hər səhər onu məktəbə yola salan anası Badamı görməyən oğul həyəcanlanıb və dərhal polisə müraciət edib.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yaradılan istintaq-əməliyyat qrupu şəhərin Azadlıq küçəsindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirib.Həyətdəki quyunun daş-kəsəklə doldurulması diqqət çəkib. Oğlan da onun dolu olduğunu səhər gördüyünü bildirib.Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərinliyi 3 metr olan həmin quyu təmizlənərkən oraya atılmış qadın meyidi aşkar olunaraq çıxarılıb.Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.İstintaq zamanı 57 yaşlı Badam Bağırovanın noyabrın 12-dən 13-nə keçən gecə ruhi xəstə olan yaxın qohumu tərəfindən münaqişə zəminində daşla qətlə yetirildiyi müəyyən olunub.Bu ağır cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəhim Bağırov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.Faktla bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Şamaxıda 57 yaşlı qadını öldürüb su quyusuna atdılar
Şamaxı rayonunda qətl hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb.Şəh...