Tramp: İranla münaqişənin başa çatması neftin qiymətini kəskin aşağı sala bilər

Tramp: İranla münaqişənin başa çatması neftin qiymətini kəskin aşağı sala bilər
Dünya 12

ABŞ Prezidenti Donald Tramp İranla davam edən hərbi qarşıdurmanın yaxın zamanda sona çatacağını bildirib.

BAKU.WS xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ liderinin sözlərinə görə, İranla bağlı hərbi əməliyyatların başa çatdırılması dünya enerji bazarında neft və yanacağın qiymətlərinə ciddi təsir göstərəcək.

Tramp münaqişənin yekunlaşmasından sonra neftin qiymətinin sürətlə aşağı düşəcəyini bildirib. O, bunun yaxın vaxtlarda baş verəcəyini vurğulayıb.

"Biz müharibəni başa çatdıran kimi neftin qiyməti kəskin şəkildə aşağı enəcək. Bu, çox tezliklə baş verəcək. Biz bu məsələni hansı formada olmasından asılı olmayaraq həll edəcəyik", - deyə ABŞ Prezidenti qeyd edib.

Tramp hesab edir ki, neftin dəyəri hətta hərbi əməliyyatlar başlamazdan əvvəlki göstəricilərdən də aşağı səviyyəyə enə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər