Polis cinayətkarları iş başında tutdu

Polis cinayətkarları iş başında tutdu
Hadisə 555

Polis əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, yanvarın 21-də Şirvan şəhəri ərazisində neft quyusunun istismardan çıxarılmış borusunu kəsərək oğurlamağa cəhd göstərən 3 nəfər Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.Şəhər Polis Şöbəsinə təhvil verilən həmin şəxslərin şəhər sakinləri Qaraxan Əzimov, Fadil Bəxtiyarov və Şəmsəddin Zərbəliyev olduqları müəyyən edilib.Digər hadisə isə yanvarın 22-də Qazax rayonun baş verib. Rayonun Barxudalı dəmir yolu stansiyasının ərazisindən istismardan çıxarılmış 25 metr uzunluğunda relsi kəsən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onların Qazax rayon sakinləri Bayram Əliyev və Elməddin Məmmədov olduqları, bir gün əvvəl həmin ərazidən istismardan çıxarılmış daha 15 ədəd 25 metrlik relsi hissələrə bölüb “KamAZ” markalı avtomobilə yükləyərək oğurlamaları da müəyyən edilib.

Araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda ülgüclə silahlanan şəxs cinayət başında yaxalandı

Bakıda ülgüclə silahlanan şəxs cinayət başında yaxalandı

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində quldurluq edən şəxs cinayət başında yaxalanıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən B...

687 Hadisə 12:49 15 yanvar 2019

Son xəbərlər