Polis bu şəxsə görə sakinlərə müraciət etdi
18
okt
2019
10:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonunda dələduzluq edərək vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.Belə ki, şöbəyə şikayət edən Astara rayon sakini Sadiq Mirzəyev Cavadaxan küçəsi, ev 17 ünvanının qarşısında mobil telefonunu özünü Qorxmaz kimi təqdim edən şəxsə müvəqqəti danışmaq məqsədi ilə verdiyini, lakin sonuncunun hadisə yerindən uzaqlaşıb bir daha geri qayıtmayaraq ona qarşı dələduzluq etdiyini bildirib.Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq edənin Ağsu rayon sakini 1997-ci il təvəllüdlü Əsgərov Qorxmaz Mətləb oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.Sonuncu verdiyi izahatda qeyd edilən əməli törətdiyini səmimi etiraf edib.Saxlanılan şəxs barəsində 19-cu Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilirQeyd edək ki, saxlanılan şəxsin hüquqazidd əməllərindən zərərçəkmiş şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.Qorxmaz Əsgərovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Nəsimi Rayon Polis İdaəsi və ya 19-cu Polis Şöbəsinə bu barədə məlumat verə bilərlər.
Oxşar xəbərlər
Dindarları aldadan şəxs tutuldu - FOTO
İnsanları müqəddəs ziyarətgahlara aparacağı adı ilə aldadıb onların pulunu dələduzluq yolu ilə mənimsəyən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mə...