Polis Bakıda xəstəxanada ölən naməlum şəxsin yaxınlarını axtarır (FOTO)
16
dek
2017
13:55
Dekabrın 9-da Yasamal rayonu ərazisində kəllə-beyin travması almış 55-60 yaşlarında bir kişi aşkarlanıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Kimliyi məlum olmayan həmin şəxs xəstəxanada ölüb. Həmin kişinin boyu 170 santimetr, arıq bədən quruluşlu, dişləri seyrək, gözləri qaradır. Əynində qara şalvar, qara gödəkçə və qara ayaqqabı var.Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlar və barəsində məlumatı olanlar DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (012) 434-02-02, 434-62-36 telefon nömrələrinə zəng vuraraq məlumat vermə bilərlər.BAKU.WS
Oxşar xəbərlər
Bu şəxslər itkin düşüb - FOTO
Daxili İşlər Nazirliyi iki nəfərin itkin düşməsi ilə bağlı məlumat yayıb.Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Bakı şəhərində anadan olmuş 195...