Polis Bakıda sürücüləri kələk gələn bu fırıldaqçını axtarır - Diqqətli olun! (VİDEO)

Polis Bakıda sürücüləri kələk gələn bu fırıldaqçını axtarır - Diqqətli olun! (VİDEO)
Video
Hadisə 3662

 

Bakıda sürücülərdən pul almaq məqsədi ilə fırıldağa əl atan şəxslə bağlı polis araşdırmalara başlayıb.

Bu barədə BAKU.WS-ə açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, yolun hərəkət hissəsində maşın saxlayıb digər avtomobilləri dayandırmaq çox təhlükəli haldır:

"Unutmaq olmaz ki, magistral yolda arxadan gələn sürücülər avtomobili düzgün idarə edə bilməz və qəza baş verə bilər. Yolun kənarında saxlamaq istəyən sürücü mütləq dönmə işığını yandırmalıdır. Təhlükəsizlik qaydalarına tam əməl edilməlidir. Qəza və duracaq işıqları yandırılmalıdır. Məsələ ilə bağlı araşdırmalara başlanılıb və dələduz şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. 

Qeyd edək ki, ötən gün Bakıda Zığ şossesində fırıldaqçı sürücünün görüntüləri qeydə alınıb. BAKU.WS saytına oxucumuz Elnur Hüseyn tərəfindən göndərilən videodan təxminən 25-30 yaşlarında cavan oğlan əks olunur. O, Zığ yolunda avtomobilləri saxlayaraq ailəsi ilə yolda qaldığını və benzin almağa pulu olmadığını deyir. Bununla da sürücülərin ürəyinə yol taparaq onlardan müəyyən məbləğdə pul alır. Bu videonu sayta yollayan oxucumuz isə ona pul əvəzinə benzin almağı təklif edir. Bununla da gənc adamın fırıldağının üstü açılır. O, sürücünün benzin təklifindən imtina edir.  

 
Sözügedən şəxs bir müddət öncə də başqa bir avtomobillə eyni əməlləri həyata keçirərkən kameraya tuş gəlib. Maşının yanından keçən bir avtomobilin sürücüsü isə maşını saxlayaraq ona kömək etmək istəyir. Yol kənarında dayanmış şəxs ailəsi ilə ziyarətə getdiyini və yarıyolda maşının sürət qutusunun dağıldığını, təmirə bütün pulunu sərf etdiyini bildirir. Yoluna davam etmək üçün benzin pulu istəyən həmin şəxs sürücülük vəsiqəsini girov qoymağa da razılaşır. Yoldan ötən şəxs isə həmin sürücüyə 5 manat verdikdə o etiraz edir. Sürücü 10 manat tələb edir. 5 manatla mənzilbaşına gedib çata bilməyəcəyini deyir. 

Şahin Həbibov
BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər