Pitbul dəhşət yaşatdı: 3 nəfər xəsarət aldı - ANBAAN VİDEO

Pitbul dəhşət yaşatdı: 3 nəfər xəsarət aldı - ANBAAN VİDEO
Video
Hadisə 306

İstanbulun Beyoğlu bölgəsində bir şəxs qadağan olunmasına baxmayaraq, pitbul cinsindən olan iti ağızsız gəzdirib. Ətrafdakıların xəbərdarlığından sonra pitbull sahibi itini mübahisə etdiyi şəxslərin üzərinə qısqırdıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Hacımimi məhəlləsində baş verən hadisədə it 3 nəfərə müxtəlif bədən xəsarətləri yetirib.

İtin ayağından, əllərindən və kürəyindən dişlədiyi Akçayır ətrafdakı vətəndaşların müdaxiləsi nəticəsində çətinliklə xilas edilib. Müdaxilə zamanı iki nəfər də yüngül xəsarət alıb.

Ətrafdakı insanların çağırışından sonra hadisə yerinə gələn sağlamlıq qrupları Müzəffər Akçayırı xəstəxanaya aparıb. Akçayır müalicəsinin ardından evə buraxılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər