Paytaxtda iki AĞIR QƏZA, svetoforlar YARARSIZ halda
Paytaxt Bakıda iki fərqli ərazidə baş verən yol-nəqliyyat hadisələri nəticəsində svetoforlar və idarəetmə avadanlıqları sıradan çıxıb. Nəticədə həmin kəsişmələrdə yol hərəkətinin tənzimlənməsi müvəqqəti olaraq səyyar sistemlər vasitəsilə həyata keçirilir.
BAKU.WS NİİM-ə istinadən xəbər verir ki, ilk hadisə Xətai rayonunda, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində qeydə alınıb. Qəza nəticəsində nəqliyyat svetoforu və idarəetmə qutusu yararsız hala düşüb. Bu səbəbdən kəsişmədə quraşdırılmış digər svetoforlar da fəaliyyətini dayandırıb. Hazırda ərazidə təhlükəsizliyin təmin olunması üçün səyyar svetofor tətbiq edilir və yeni avadanlığın quraşdırılması istiqamətində işlər aparılır.
Oxşar vəziyyət Sabunçu rayonunda, Zabrat–Maştağa yolunda da yaranıb. Burada baş verən qəza nəticəsində svetofor sıradan çıxıb və hərəkətin təhlükəsiz təşkili üçün müvəqqəti olaraq səyyar svetofor quraşdırılıb.
Qeyd olunur ki, svetoforların işləmədiyi hallarda yolayrıcı nizamlanmayan hesab edilir. Bu zaman sürücülər "Yol hərəkəti haqqında" qanunun müvafiq qaydalarına uyğun olaraq hərəkət etməlidirlər.
Oxşar xəbərlər
İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb
İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Qızılkənd kənd sakini 1987-ci il təvəllüdlü Vüsalə Rəhman qızı...