Paytaxtda daha bir küçə müvəqqəti bağlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Nərimanov rayonunda Əlicabbar Orucəliyev küçəsində aparılan yenidənqurma işləri çərçivəsində yolda üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Qeyd olunub ki, xətlənmə işləri çərçivəsində Ə.Orucəliyev küçəsində yolun hərəkət istiqaməti dəyişdirilərək birtərəfli təşkil olunacaq. Bu səbəbdən həmin küçə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.
Sürücülərə A.Nemətulla küçəsi, A.Molla Cümə küçəsi, İ.Həsənoğlu küçəsi və digər alternativ küçələrdən istifadə etmək tövsiyə olunur.
Oxşar xəbərlər
DİQQƏT! Bakıda bu yol bağlanıb - VİDEO
Heydər Əliyev prospektindən metronun ''Nərimanov'' stansiyasına gedən yol bağlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhali...