Paytaxtda BakuBus avtobusu qəzaya düşdü - xəsarət alanlar var

Paytaxtda BakuBus avtobusu qəzaya düşdü - xəsarət alanlar var
Hadisə 2064
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, hadisə axşam saatlarında Nərimanov rayonunda olub.Metronun Gənclik stansiyasının yaxınlığında BakuBus MMC-yə məxsus 13 nömrəli marşut xətti üzrə hərəkət edən "İveco" markalı sərnişin avtobusu "Mercedes" markalı avtomobillə toqquşub.Nəticədə avtobusda olan sərnişinlər - 1978-ci il təvəllüdlü Rzayev Tariyel Əlisərdar oğlu və 1975-ci il təvəllüdlü Hacıyev Rövşən Məmməd oğlu müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Həkimlərin verdiyi məlumata görə, T.Rzayev sınıq xəsarətləri aldığından reanimasiya şöbəsinə yerləşdirilib.Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.BAKU.WS

Son xəbərlər