Avtobusun betonqarışdıran maşınla toqquşması nəticəsində yaralananların ADLARI məlum oldu

Avtobusun betonqarışdıran maşınla toqquşması nəticəsində yaralananların ADLARI məlum oldu
Hadisə 779
Bakıda sərnişin avtobusunun betonqarışdıran maşınla toqquşması nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib. Məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 1955-ci il təvəllüdlü Əmrahova Gülxanım Vəli qızı döş qəfəsi və sol ayağının əziyi, 2004-cü il təvəllüdlü Alışov Əmrah Əliağa oğlu isə sol əlin ön hissəsinin kəsiyi, üz və boyun nayihələrinin əziyi xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.Xatırladaq ki, hadisə Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində 214 saylı sərnişin avtobusu metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qəzaya uğrayıb.Avtobus sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşınla toqquşub.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər