"Papanin"dəki çəkilişdən sonra narkobaronlar blogerin maşınına hücum etdilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda "Papanin" adlanan ərazidə narkomanlarla bağlı süjet hazırlayan tanınmış bloger Nail Kəmərli təzyiqlə üzləşib.
BAKU.WS xəbər verir ki, sonuncu dəfə narkomanlar və psixotrop maddələri satan şəxslərin qınaq obyektinə çevrilməsi Nail Kəmərlinin hədəfə çevrilməsinə səbəb olub.
Belə ki, bloger bu gün səhər saatlarında avtomobilinə yaxınlaşarkən naməlum şəxsin onun maşınına daxil olduğunu və çəkilişdə istifadə olunan kameranın oğurlandığını deyib. O həmçinin bildirib ki, avtomobilində maqnitafonu sındırılsa da, oğurlanmayıb.
Tanınmış bloqer hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək ona qarşı təzyiqlərin aradan qaldırılmasını xahiş edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, oğurluq hadisəsi ilə bağlı şikayət daxil olub və araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...