Pambıq sahəsində zəhərlənən 111 nəfərdən XƏBƏR VAR – VİDEO
21
iyn
2018
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İmişlidəki pambıq sahələsində zəhərlənən 111 nəfərdən 99-u evə buraxılıb. ARB TV xəbər verir ki, iki nəfər səhhəti pisləşdiyindən yenidən xəstəxanaya qayıdıb. İmişli Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hazırda 13 nəfər həkim nəzarəti altındadır.Zəminə Babakişiyeva – Zərərçəkən: “Getdim evə halım yenə dəyişdi, qayıtdım dala. Həkimlər yardım etdilər, sağalandan sonra dedilər gedin evə. Getdik evə yenə halım dəyişdi, çıxdım gəldim. Gecədən burdayam. Başımda ağrı var, mədəm də ağrayır”.Fərahim Rəhimov – Baş həkimin müavini: “Onların hər birisi mərkəzi rayon xəstəxanasına müraciət etmiş 111 nəfərdən ibarət olmuşdu. Dünən 99 nəfər evə buraxılmışdı. 13 nəfər qalıb, onlardan da 4-5 nəfəri bu günlərdə sağalan kimi evə yazılacaqlar. Xəstələrin vəziyyəti kafidir, ağır demək olmaz. Müalicələr davam etdirilir. Ola bilər ki, günün sonuna kimi bir qismi evə yazılsın”.BAKU.WS
Oxşar xəbərlər
Yevlaxda da pambıq sahəsində 24 nəfər zəhərlənib - SİYAHI
Yevlax rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, Hacımahmudlu kəndi ərazisində y...