İmişlidə pambıq tarlasında zəhərlənənlərin əksəriyyəti evə buraxılıb
19
iyn
2018
21:54
İmişlidə pambıq tarlasında zəhərlənənlərin əksəriyyəti evə buraxılıb, hazırda xəstəxanada 7 nəfər qalıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki. onlardan heç birinin vəziyyətində ağırlaşma qeydə alınmayıb.Bakı Toksikoloji Mərkəzdən İmişliyə ezam olunan həkim briqadasının rəyinə görə, yardım olunan xəstələrdən heç birinin evakuasiyaya ehtiyacı yoxdur: "Müraciət edənlərin bir çoxu panik həyacan halında xəstəxanaya müraciət ediblər".Hazırda xəstəxanaya olan şəxslərin yaxın saatlarda və ya sabah evə buraxılacağı gözlənilir.Qeyd edək ki, bütün yardım olunan xəstələrdən sidik və qan analizləri götürülərək toksikoloji laboratoriyada analiz olunacaq.BAKU.WS
Oxşar xəbərlər
İmişlinin icra başçısı: "Fəhlələr işləyən sahədə dərman preparatından istifadə olunmayıb"
İmişlidə pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verib.Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhməd...