Özünü öldürmək istəyən sürücü avtomobili divara çırpıb - VİDEO

08
iyn
2019
09:38
Bakı-Sumqayıt şossesində yol-nəqliyyat hadisəsi qeydə alınıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Bakının Binəqədi rayonu ərazisində baş verib.Belə ki, Məmmədov Rahib Elton oğlu idarə etdiyi "Renault" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman onun avtomobili qəfil yol kənarındakı dekorativ beton arakəsməyə çırpılıb. Hadisə zamanı o, bədən xəsarətləri alıb.Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. İlkin müayinə zamanı qəzanın bilərəkdən törədildiyi ehtimalı ortaya çıxıb. Belə bir ehtimala avtomobildən sürücünün yazdığı vəsiyyətnamənin tapılması əsas verib. Məlum olub ki, sürücü R.Məmmədov maddi çətinlikdən əziyyət çəkib. Məhz buna görə də o, özünü öldürmək qərarına gəlib.Baş vermiş hadisədən xəbər tutan R.Məmmədovun yaxınları hadisə yerinə gəlib. Sürücü yaxınlarının təkidi ilə xəstəxanaya aparılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda xanım sürücü icarəlik avtomobillə qəza törədib, xəsarət alanlar var - VİDEO
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS ONA-ya istinadla xəbər verir ki, Zərifə Əliyeva küçəsində "Kia" markalı avtomobili idarə edən...