Özündən 36 yaş kiçik qonşusunu armaturla döydü
Daşkəsən rayonunda azyaşlıya qarşı ağır xəsarətlə nəticələnən döyülmə faktı qeydə alınıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Zivlən kəndində baş verib.
Kənd sakini, 14 yaşlı yeniyetmə Ö.İ. (ad şərtidir) baş nahiyəsindən aldığı ağır kəllə-beyin travması ilə Gəncə şəhərindəki 3 nömrəli xəstəxanaya yerləşdirilib. Müayinə zamanı yeniyetmənin başında iki ağır zərbə izi və sol qulağında açıq yara aşkarlanıb. Hazırda yaralıya zəruri tibbi yardım göstərilir, vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, yeniyetməni qonşusu, 50 yaşlı Zöhrab İmanov döyüb. Onların arasında yaranan mübahisə zamanı Z.İmanov armaturla yeniyetmənin başına iki, sol qulağına isə bir zərbə endirib.
Oxşar xəbərlər
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin...