Ötən il avtomobil qəzalarında neçə piyada ölüb? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il qeydə alınan yol-nəqliyyat hadisələrinin 57,8%-ni (266 fakt) piyadaların vurulması təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, həmin qəzaların nəticəsində 106 nəfər (62,7%) həlak olub, 169 nəfər (43,7%) müxtəlif dərəcəli xəsarət alıb:
“Hadisələrin növünə görə analiz göstərir ki, qəzaların əksəriyyəti piyadaların nəqliyyat vasitəsi ilə vurulmasıdır. Bu da xidmət etdiyim İdarə və Nazirlik rəhbərliyini çox ciddi narahat edir.
Yol polisi bununla bağlı müxtəlif qabaqlayıcı tədbirləri davam etdirir. Növbəti illərdə hadisələrin sayının daha da azalması istiqamətində qabaqlayıcı tədbirlər davam etdiriləcək”.
V.Əsədov 2020-ci ildə avtobusların iştirakı ilə baş verən qəzaların statistikasına da toxunub. Onun sözlərinə görə, avtobus sürücülərinin iştirakı ilə 26 yol-nəqliyyat hadisəsi baş verib:
“Həmin qəzalar nəticəsində 10 nəfər ölüb, 22 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 2019-cu il ilə müqayisədə avtobus sürücülərinin iştirakı ilə baş vermiş qəzalarda 7 hadisə, 1 ölüm, 10 xəsarət sayı azalıb”.
Vaqif Əsədov onu da əlavə edib ki, bütün göstəricilər üzrə azalma müşahidə olunub:
“Bunun əsas səbəbi yol polisi tərəfindən aparılan təbliğatın, qabaqlayıcı və məqsədli keçirilən tədbirlərin, yol polisi rəhbərliyinin ciddi nəzarətinin nəticəsidir”.
Oxşar xəbərlər
Vaqif Əsədov qayda pozan avtobus sürücülərinin qarşısını kəsdi - VİDEO
Bakıda avtobus sürücüləri yolu əks istiqamətdə gedərək kobud qayda pozuntusuna yol veriblər. BAKU.WS “Report”a istinadla xəbər verir ki, qayda pozuntusu səhər s...