Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı

Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Hadisə 40

Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 18 yaşlı gənci mübahisə zamanı əkiz qardaşı bıçaqlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü X.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, qardaşlar arasında mübahisə birinin digərinin otağına icazəsiz daxil olması səbəbindən yaranıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər