Ordubadda qəza: Ata ilə oğul ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ordubad rayonunda yol qəzası baş verib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 18-i saat 17 radələrində Ordubad rayonunun Düylün kəndi ərazisində Üstüpü kənd sakini Xəlil Əliyevin idarə etdiyi “VAZ-2106” və Yuxarı Əndəmic kənd sakini Q.Rzayevin idarə etdiyi “Mercedes Vito” markalı avtomobillər toqquşub.
Nəticədə X.Əliyev və sərnişini olan oğlu Elcan aldıqları xəsarətlərdən hadisə yerində ölüb, Q.Rzayevin sərnişini isə xəstəxanaya yerləşdirilib.
Ordubad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...