"Opel" su kanalına aşıb, ölən var
10
avq
2021
09:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Gəndov kəndində "Opel" markalı minik avtomobilinin Samur-Abşeron kanalına aşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1962-cı il təvəllüdlü Quliyev Mənsim Qəhrəman oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Ucarda dəhşətli qəza: Üç nəfər öldü, iki nəfər yaralandı - YENİLƏNİB
Ucarda ağır yol qəzasında xəsarət alanların və ölənlərdən birinin şəxsiyyəti məlum olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar - Bakı şəhər s...