On yeddi il əvvəl vəfat edən mayora şəhid adı veriləcək

On yeddi il əvvəl vəfat edən mayora şəhid adı veriləcək
Foto
Hadisə 170

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Rövşən Akif oğlu Abbasova şəhid adının verilməsi ilə bağlı Müdafiə Nazirliyi üzərinə öhdəlik qoyub.

BAKU.WS "Trend"ə istinadən xəbər verir ki, mərhum 1997-ci ildən 2007-ci ilin aprel ayına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan bir neçə hərbi hissədə zabit rütbələrində kəşfiyyatçı vəzifələrində xidmət edib.

Son vəzifəsi "N" saylı hərbi hissənin qərargah rəisi olub və komandirin vəzifəsini icra edib. 22 noyabr 2006-cı ildə xidməti vəzifəsinin icrası zamanı, döyüş postunu yoxlayıb hərbi hissəsinə qayıdan zaman avtomobil qəzasına düşüb.

2006-cı ilin noyabr ayından 2007-ci ilin aprel ayınadək Mərkəzi Kilinik Hərbi Hospitalda komatoz vəziyyətdə müalicə alıb. Nəticədə birinci qrup əlillik təyin olunaraq istefaya buraxılıb.

Gəncə İnzibati Məhkəməsinin qərarı ilə mərhumun həyat yoldaşının iddiası təmin edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə R.Abbasova şəhid statusunun verilməsi tələbi qoyulub.

Son xəbərlər