Olimpiya oyunlarının iştirakçısı 17 yaşında həlak oldu
11
apr
2022
14:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tunisli yelkən idmançısı, Tokio-2020 Yay Olimpiya oyunlarının iştirakçısı Eya Gezgez məşq zamanı həlak olub.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, 17 yaşlı idmançı ekiz bacısı Sarra ilə birgə məşq edərkən onların olduğu yelkənli qayıq güclü külək nəticəsində batıb. Sarra Gezgez xilas ola bilib.
Qeyd edək ki, onlar ötən il Olimpiya oyunlarında yelkən idmanının "49er FX" kateqoriyasında iştirak edərək 21-ci yeri tutmuşdular.
Eya və Sarra Gezgez Tokio-2020-nin ən gənc idmançılarından idilər.
Oxşar xəbərlər
Azərbaycanda KaMAZ-ı sel apardı - FOTO
Göyçay rayonunda yük avtomobili çaydan keçərkən suda batıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Hacalıkənd kənd sakini, 1982-ci il təvəllüdlü Əziz M...