Öldürülən terrorçu ilə bağlı şok məlumat: "Dövlət qurumunun binasında terror törətmək istəyib"
28
avq
2017
16:34
Xəbər verdiyimiz kimi, ötən gün İsmayıllıda terror aktları planlaşdıran dini ekstremist Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən məhv edilib.DTX-nın rəsmi məlumatlara görə, terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən araşdırmalar zamanı ölkə hüdudlarından kənarda silahlı münaqişələr, terror aktları törədən dini ekstremist, terror təşkilatına qoşulub həmin təşkilatdan maliyyə vəsaitləri qəbul etmiş Azərbaycan vətəndaşı Cavadov Yaşar Oktay oğlunun odlu silah və partlayıcı maddələr əldə etməsi, dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlıq hərəkətləri müəyyən edilib. DTX-da başlanılmış cinayət işi üzrə 2017-ci il avqustun 27-də İsmayıllı şəhəri ərazisində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı Yaşar Cavadov saxlanılmasına silahlı müqavimət göstərərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara ictimai yerdə odlu silahdan atəş açıb, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib. Axtarışlar zamanı xaricdə fəaliyyət göstərən terror təşkilatının maliyyələşməsi prosesinə aid, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilib.İsmayıllı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Məhərrəm Əhmədov azvision.az-a bildirib ki, xüsusi əməliyyat zamanı məhv edilən ekstremist 1993-cü il təvəllüdlü Cavadov Yaşar Oktay oğlu əslən rayonun Qalacıq kəndindəndir. "O, valideynləri ilə birlikdə rayonun mərkəzində yaşayırdı. Əslən İsmayıllının Qalacıq kəndindəndirlər. Yaşar subaydır, ailə qurmayıb. Bir qardaşı var, o da namaz qılır, saqqal saxlayır. Atası fəhləliklə ailəsini saxlayır. Anası isə evdar qadındır, normal ailə olublar. Heç kimin onlardan şikayəti olmayıb. Yaşar radikallara qoşulandan sonra tamam dəyişmişdi. Əqidəsi taraz deyildi. Qardaşı yaxşı oğlandır. Deyəsən, o da kiminsə təsirinə düşüb.Məndə olan məlumata görə, Yaşar İsmayıllıda terror törətmək istəyib. Gecə saat 3-də üzərində silahla evdən çıxıb. Onun məqsədi hansısa dövlət qurumunun binasında terror törətmək olub. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları dərhal əməliyyat keçirərək, onun çirkin planının qarşısını alıblar. Nəticədə Yaşar Cavadov zərərsizləşdirilib".M.Əhmədovun sözlərinə görə, Y.Cəfərovun dəfn mərasimində cəmi 10-15 nəfər iştirak edib.İcra rəsmisi əlavə edib ki, öldürülən Y.Cəfərovun yaxın dostu bir müddət əvvəl rayonda partlayış törədib: "Onun dostu bazara qumbara atmışdı. Həmin hadisə zamanı bir neçə nəfər xəsarət almışdı".BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda terrorçu öldürüldü - DƏHŞƏTLİ PLANLARI VAR İDİ (RƏSMİ)
Dövlət Təhlükəsizliyi Xidmətində terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən araşdırmalar zamanı ölkə hüdudlarından kənarda silahlı münaqişələr, terror...