Oğuzda yıxılaraq başı stula dəyən 2 yaşlı uşaq xəstəxanada ölüb
03
avq
2024
23:14
Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.
Belə ki, 2022-ci il təvəllüdlü M.M. yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.
2 yaşlı M. Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.
Oxşar xəbərlər
Arvadına övladlarının gözü qarşısında 12 bıçaq zərbəsi vuran qısqanc ərə ağır cəza - VİDEO
Övladlarının gözü qarşısında həyat yoldaşını bıçaqlayan kişi 14 il həbs cəzası alıb. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 2019-cu il dekabrın 1-də 3 sa...