Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndi ərazisində baş verib.
Oğuz rayon sakini 18 yaşlı Kənan Ellazovun idarə etdiyi "BMW" markalı minik avtomobili idarə etmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü Kənan Ellazov və avtomobildə olan sərnişin 37 yaşlı Oğuz rayon sakini Qafqaz Əsgərov xəsarət alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. K. Ellazov və Q. Əsgərova Oğuz RMX-da ilkin yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) göndəriliblər.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı
30 il əvvəl qətl və başqa ittihamlarla ölüm cəzasına, sonradan ömürlük həbsə məhkum edilən İbrahim Qədirov azadlığa çıxmaq istəyir. BAKU.WS "Qafqazinfo"ya istin...