Oğuzda 66 yaşlı kişi çayxanada bıçaqlanıb

Oğuzda 66 yaşlı kişi çayxanada bıçaqlanıb
Hadisə 54

Oğuzda 66 yaşlı kişi çayxanada bıçaqlanıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, rayonun Bayan kəndi ərazisində yerləşən çayxanada 1957-ci il təvəllüdlü Bəxtiyar Yusub oğlu Həsrətovu boyun nahiyəsindən bıçaq xəsarətləri alıb.

66 yaşlı B.Həsrətov Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un yerli bürosuna bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Rəşad Davud oğlu Manafov saxlanılıb, məhkəmə tibbi ekspertizası təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər