Oğuzda 30 ədəd qızılağac kəsilib, şübhəli şəxs saxlanılıb

Oğuzda 30 ədəd qızılağac kəsilib, şübhəli şəxs saxlanılıb
Hadisə 37

Oğuz rayonunda 30 ədəd qızılağac ağacının kəsilməsinə görə polis cinayət işi başlayıb.

BAKU.WS Daxili İşlər Nazirliyini (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 30 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 6400 manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 34 yaşlı Cəsur Məmmədli saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü

Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki,  hadisə Bakı-Quba avtomobil yolunun Hac...

63 Hadisə 22:36 21 sentyabr 2026

Son xəbərlər