Oğuz və Samuxda yanğın oldu
Oğuz rayonunun Yaqublu kəndində ümumi sahəsi 500 m² olan fermanın dam örtüyünün taxta atmaları 250 m² sahədə və içərisində 1 ədəd avadanlıq yanıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Samux rayonunun Hacıalılı kəndində ümumi sahəsi 168 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin tavanı 12 m² sahədə və dam örtüyünün taxta atmaları 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda avtobusla toqquşan maşın ağaca çırpıldı: Sürücü belə xilas edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın...