"Oğluma atasız qız almaram" deyən Nigar Fərhad bloqeri məhkəməyə verdi

Oğluma atasız qız almaram deyən Nigar Fərhad bloqeri məhkəməyə verdi
Hadisə 420

Azərbaycanın "Kanal S" telekanalının sabiq aparıcısı, "Oğluma atasız qız almaram" deməklə gündəmə gələn Nigar Fərhad (Əliyeva) bloqeri məhkəməyə verib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Nigar Fərhad bloqer Ayan Əliyevadan məhkəməyə şikayət edərək bildirib ki, adıçəkilən bloqer onun şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb. N.Fərhad həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edib.

Şikayət üzrə məhkəmə prosesi keçirilsə də, şikayət əsassız olduğundan təmin edilməyib.

Xatırladaq ki, "Kanal S" telekanalının aparıcısı Nigar Fərhadın verilişdə "Mən oğluma atasız qız almaram" deməsi ictimai narazılığa səbəb olmuşdu. Sosial şəbəkələr aparıcının xalqdan üzr istəməsini tələb edib, Audiovizual Şuranın qərarı ilə kanalın fəaliyyəti bir günlük dayandırılıb, həmin veriliş isə bağlanıb.

Bu prosesdən sonra Ayan Əliyeva adlı bloqer "Instagram" sosial şəbəkə hesabında Nigar Fərhadı kəskin tənqid edib.

Oxşar xəbərlər

Əsir düşən azərbaycanlılara verilən işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib

Əsir düşən azərbaycanlılara verilən işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

79 Hadisə 21:36 03 iyul 2025

Son xəbərlər