Ögey atanın uşağa işgəncə verməsinə RƏSMİ REAKSİYA
Yeniliklərdən dərhal xəbərdar olun
Ögey atası tərəfindən işgəncəyə məruz qalan uşaqla bağlı mətbuatda əksini tapmış məsələ Komitənin nəzarətinə götürülüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, 9 sentyabr 2020-ci tarixində kütləvi informasiya vasitələrində azyaşlı uşağın atalığı tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı məlumat yayılıb.
Faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən operativ şəklidə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət olunub.
Məsələnin araşdırılması və lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində iş aparılır.
Oxşar xəbərlər
Azərbaycanda ata ögey qızına dəhşətli işgəncə verdi - VİDEO - TƏFƏRRÜAT
Dünən 7-8 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində, Yeni tikililər adlanan ərazidə evlərin birində azyaşlı qız uşağı ögey atası tərəfindən döyülüb v...